XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 21:12

Türkiyədə daha 3783 nəfər koronavirusa yoluxdu –121 nəfər isə vəfat etdi

Türkiyədə son sutkada daha 121 nəfər koronavirusdan vəfat edib.

Strateq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

Nazir bildirib ki, bununla da ölkə üzrə ümumilikdə 1890 nəfər koronavirusa görə dünyalarını dəyişib: “Bu gün 40520 test aparılıb, 3783 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 82329 nəfərdir. Bu gün daha 1822 nəfər virusdan sağaldı. Bununla da, sağalanların ümumi sayı 10453 nəfərə çatdı”.