Son bir gün ərzində ABŞ-ın Nyu-York ştatında daha 2 000 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, son bir gündə ştatda virusdan 540 nəfər ölüb.
“Kədərli xəbərlər: təxminən 2 min insan xəstəxanalarımıza yerləşdirildi. Bu, böyük rəqəmdir – hər gün 2 min yeni xəstə”, – deyə qubernator qeyd edib.
O, bununla bağlı vəziyyətin pis olduğunu vurğulayıb.
“Və ən pis xəbərlər: ölümlərin sayı 540-dır. Bu, əvvəlki kimi çox deyil. Amma 540 nəfər dünən öldü”, – qubernator vurğulayıb/Report.