XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 23:50

Çində pandemiyanın ilk ocağı aşağı riskli region elan edildi

Pandemiyanın ilk ocağı sayılan Çinin Hubey əyaləti epidemioloji təhlükənin aşağı səviyyədə olduğu region elan edilib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Gigiyena və Səhiyyə məsələri üzrə yerli Komitədən bildiriblər.

Məlumata əsasən, əyalətə bu status Uhan şəhərində vəziyyət stabilləşdikdən sonra verilib. Hazırda Hubey əyalətinin bütün 76 şəhəri və rayonu yaşıl rənglə qeyd edilib, bu isə regionun tam təhlükəsiz olduğunu göstərir.

Bildirilir ki, Hubey əyalətinin artıq Çinin digər əyalətləri ilə nəqliyyat əlaqəsi bərpa edilib. Hakimiyyətin dəstəyi ilə regionda iqtisadi vəziyyət də bərpa olunur.

Qeyd edilir ki, regionda koronavirus infeksiyasına yoluxma ehtimalı hazırda çox azdır.

Rəsmi statistikaya əsasən, 2019-cu ilin dekabr ayının sonundan Hubeydə koronavirusa 68 min nəfər yoluxub. Onlardan 63,5 mini sağalıb, təxminən 4,5 mini isə ölüb.