XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 23:14

Yüzlərlə cücə diri-diri basdırıldı –COVID-19-a görə

İranda toyuq ətinə tələbatın azalmasına görə yüzlərlə cücə torpaq  altında basdırılmaqla diri-diri öldürülüb.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə qutulara doldurulmuş minlərlə cücənin yük maşınlarında boş əraziyə aparılıb-atılması və buldozerin qabağına verilməsinə dair video böyük təpki doğurub.

Ölkənin Toyuq İstehsalçıları Birliyi COVID-19 ucbatından toyuq əti satışlarının kəskin şəkildə azaldığını bildirib. Buna görə də, hazırda broylerlərdə toyuq istehsalı məhdudlaşdırılıb.

Cücələrin diri-diri basdırılmasını Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tehran departamentinin baş direktoru Səid Mahmudi “qeyri-insani hərəkət” olaraq səciyyələndirib.

“Digər toyuq istehsalçıları eyni yolla getsələr, ən şiddətli cəzanı alacaqlar”, – deyən Mahmudi hadisənin yenidən baş verməməsi üçün Tehran şəhər Baş Prokurorluğuna müraciət etdiklərini söyləyib.