XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 09:00

“Koronavirusla mübarizədə hətta İblisdən də kömək alardıq” –Maduro

“Venesuela koronavirusla mübarizədə hətta İblisdən də kömək almağa hazırdır”.

Bunu Venesuela Prezidenti Nikolas Maduro “AM 750” radiostansiyasına müsahibəsində deyib.

“Əgər bu, vətəndaşların sağlamlığına kömək edəcəksə, hətta İblisdən belə kömək alardım. Xoş gəlmisən, kömək, fəsadları ağırlaşmadan biz onunla razılaşarıq”, – deyə Kolumbiya Prezidenti İvan Dukenin kömək təklif edəcəyi təqdirdə Karakasın bu köməyi qəbul edib-etməyəcəyi ilə bağlı verilən sualın cavabında Maduro bildirib.

Venesuela bundan əvvəl qonşu ölkəyə COVID-19 testləri aparmaq üçün avadanlıq tədarükündə dəstək verməyə hazır olduğunu bildirmişdi, lakin Maduronun dediyinə görə, Duke bundan imtina etmişdi.

Qeyd edək ki, indiyədək Venesuelada 227 nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib, 9 nəfər bu virusdan ölüb. /APA