XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 09:46

“İrana süni nəfəs aparatları göndərməyə hazırıq” –Donald Tramp

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların koronavirusla bağlı kömək çərçivəsində İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib.

Bu barədə o şənbə günü Ağ Evdə keçirilən brifinqdə bildirib.

ABŞ lideri ölkəsində ehtiyatda minlərlə süni nəfəs aparatının olmasından danışıb.

“Mən vəzifəmi icra etməyə başladıqda İran bütün Yaxın Şərq üzərində nəzarəti əldə etməyə hazır idi. İndi onlar sağ qalmaq haqqında düşünürlər, orada hər həftə koronavirusa görə etiraz aksiyaları keçirilir, mən bunun olmamasını üstün tutardım”, – Ağ Ev rəhbəri deyib.

Trampın fikrincə, rəsmi Tehran Vaşinqtonun köməyinə ehtiyac duyur və ABŞ müraciət olunacağı təqdirdə yardım etməyə hazırdır. /Report