XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 12:38

Cavad Zərif Suriyaya gedəcək –Vaxt açıqlandı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bazar ertəsi Suriyaya səfər edəcəyini söyləyib.

Musavi İran Xarici İşlər nazirinin bir günlük səfər çərçivəsində suriyalı həmkarı Vəlid əl-Muallim və Prezident Bəşər Əsədlə görüşəcəyini deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri, regional hadisələri, Suriyanın  terrorizmlə mübarizəsini və son hadisələri müzakirə edəcəklər.

Qeyd edək ki, Zərif sonuncu dəfə mart ayında Suriyada olub. Bu ilin yanvar ayında isə xarici işlər naziri və Suriyanın müdafiə naziri Tehranda görüşüb. /APA