XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 14:37

Belarusda koronavirus:qurbanların sayı 47 nəfərə çatıb

Belarusda indiyədək 47 nəfər koronvirus infeksiyasının qurbanı olub.

Bu barədə respublikanın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, hazırda 3 538 nəfər stasionar müalicədədir, digərləri ambulator müalicə alır, yaxud xəstəxanadan buraxılıb, 86 nəfər xüsusi həkim nəzarəti altındadır.

Aprelin 17-də Belarusda koronavirusa yoluxanların ümumi sayının 4 779 nəfər olduğu bildirilib. Aprelin 18-i və 19-da isə respublikanın Səhiyyə Nazirliyi tərəfindən yoluxanların ümumi sayı barədə məlumat açıqlamayıb. /APA