XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 17:13

Vladimir Putin:“Qərb postsovet məkanında inteqrasiyaya mane olur”

“Qərb tərəfdaşlarımız postsovet məkanın daha dərin inteqrasiyasına mane olurlar”.

Strateq.az “Rossiya 1”-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin telekanalın “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Qərb iqtisadi rəqibin peyda olmasında maraqlı deyil və onun güclənməsini də istəmir. Buna görə də, əvvəllər “iqtisadi birliklə danışmaq belə istəməyən” qərbli tərəfdaşlar indi buna müəyyən müqavimət göstərirlər.

“Burada təəccüblü heç nə yoxdur, amma hələ də bu yolda irəliləyə bilməmişik”, – deyən Putin qeyd edib ki, Rusiya inteqrasiyanı dərinləşdirmək istəyir, çünki bu, insanların rifah halının yaxşılaşdırılması üçün bir yoldur.

Vladimir Putinin sözlərinə görə, Avrasiya İqtisadi Birliyi (AİB) tələsik genişlənməyə can atmır.

Rusiya prezidenti dünyanın digər bölgələrində inteqrasiya prosesləri ilə bir çox çətinliklərin ortaya çıxdığını söyləyib.

O əlavə edib ki, AİB digər birliklərin təcrübəsini nəzərə alır və “müəyyən mərhələlərdən keçməyə” tələsmir.

Putinin sözlərinə görə, birliyin inkişafında əlavə çətinliklərin qarşısını almaq üçün “tələsmədən, tədricən hərəkət etməlisiniz”.