“Gallup” İnstitutunun keçirdiyi son rəy sorğusu göstərir ki, 6% azalma ilə ABŞ prezidenti Donald Tramp populyarlığının ən enişli dövrünü yaşayır.
Strateq.az “CNN”-ə istinadla xəbər verir ki, amerikalıların yalnız 43 faizi Trampın prezident seçilməsini bəyənir.
Bu göstərici əvvəlki anket göstəricisi ilə müqayisədə 6% azdır.
Təxminən bir ay əvvəl keçirilən sorğuda Donald Trampa etimad 49 faiz idi. Amma bu göstərici də ən yüksək səviyyədir. Çünki 1945-ci ildən bu yana ABŞ prezidentləri üçün hər zaman ən yüksək səviyyə 53%-i aşmmayıb.