XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 19:29

Britaniyada koronavirus:ölənlərin sayı 16 mini ötüb

Böyük Britaniyada son sutkada 596 nəfər COVID-19-un qurbanı olub.

Bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 16 060-a çatıb. Yoluxma faktlarının sayı daha 5 850 nəfər artaraq 120 067-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. (report)