XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 22:00

İtaliyada koronavirus:son sutkada 433 nəfər pandemiyanın qurbanı olub

İtaliyada son sutka ərzində koronavirusdan 433 nəfər dünyasını dəyişib. 

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 23660 nəfər pandemiyanın qurbanı olub.

Hazırda İtaliya xəstəxanalarında müalicə olunanların sayı 47 mini keçib. Son gündə 2128 nəfərin sağaldığı bildirilir.

Bu günədək virusa yoluxanların ümumi sayı 178972 nəfərə çatıb. Son sutkada isə 3047 nəfərdə yoluxma aşkar edilib. /APA