XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 09:32

“Fransada epidemiyaya yoluxma tədricən azalır” – Baş nazir

“Fransada koronavirusla bağlı vəziyyət tədricən yaxşılaşır».

Bunu Fransanın Baş naziri Edur Filip bildirib.

O, eyni zamanda səhiyyə sahəsindəki böhranın hələ bitmədiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, xəstəxanalarda epidemiyanın yüngülləşməsinin ilk əlamətləri ortaya çıxıb.

Filip əlavə edib ki, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran yeni başlayır və çox sərt olacaq.

Xatırladaq ki, son məlumatlara görə, Fransada bu günədək koronavirusdan 20 minə yaxın insan ölüb. Ölkədə beş həftəlik karantin tətbiq edilsə də, məhdudiyyətlərin bir qədər yumşaldılması mayın 11-dən etibarən planlaşdırılır. (apa)