XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 11:04

Zərif Dəməşqə niyə gedib? –Müzakirə gündəliyi

“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyanın paytaxtı Dəməşqə bugünkü səfərinin məqsədi növbəti Astana sammiti ərəfəsində Suriya rəsmiləri ilə məsləhətləşmələr aparmaqdır.

Strateq.az “əl-Vətən”-ə istinadla xəbər verir ki, bunu Dəməşqdəki xarici jurnalistlər klubuna iqtidara yaxın bir mənbə bildirib.

Səfər zamanı Zərifin suriyalı vəzifədaşı Vəlid Müəllim və Suriya prezidenti Bəşər Əsədlə görüşü planlaşdırılır.

Görüşlərdə regional problemlər, o cümlədən qarşıdakı Astana zirvəsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Astana prosesi qarantlarının (Rusiya, İran və Türkiyə) xarici işlər nazirləri bu həftənin Çərşənbə günü video iclas keçirəcəklər.

Bundan əvvəl İran və Suriya da daxil olmaqla, 8 ölkə Antonio Quterreşə məktub göndərərək Birləşmiş Millətlər Təşkilatının baş katibini koronavirusla bağlı birtərəfli sanksiyaların qaldırılması üçün ABŞ-a təzyiq göstərməsini istəyib.