XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 11:25

Ukraynada koronavirusa yoluxma sayında azalma qeydə alındı –Səhiyyə Nazirliyi

Ukraynada daha 261 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı isə 5 710-a çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 151 nəfərə yüksəlib.

Bildirilir ki, indiyədək 359 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 19-na olan məlumata görə, ölkədə bir gündə 343 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 407 000-i ötüb. Bunların 628 919 nəfəri sağalıb, 165 093 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)