XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 08:12

Avropa miqrasiya siyasətini sərtləşdirməyə çalışır

miqrant.jpg

Avropa Komissiyası Miqrasiya məsələləri ilə bağlı fəaliyyət planı” təqdim edib. Plan çərçivəsində nəzərdə tutulan tədbirlərin məqsədi Aralıq Dənizi vasitəsilə Avropaya miqrant axının tənzimlənməsi və məhdudlaşdırılmasdır. Planın detalları tam açıqlanmasa da, Avropa Komissiyasının hər bir ölkə üçün miqrant qəbulu ilə bağlı kvota müəyyənləşdirilməsini təklif edir. Kvotaların ölkənin ümümdaxili məhsulunun həcmi, əhali sayı, işsizliyin səviyyəsi və artıq əqbul olunmuş miqrant sayına görə müəyyənləşməsi təklif olunur.

Amma Avopa İttifaqı ölkələri arasında bu məsələ ilə bağlı ciddi fikir ayrlıığı var. Artıq Fransa kovotalar barədə təklifi qəbul etmədyini açıqlayıb. Fransa Baş naziri açıqlayıb ki, sığınacaq hüququ beynəlalq meyarlara uyğun olaraq verilir. Bu meyarlar bütün Avropa İttifaqı üzvləri tərəfindən qəbul edilir. Bu baxımdan sığınacaq hüququ almaq istəyənlərin sayı kvotalarla müəyyənləşdirilə bilməz. “Siz sığınacaq istəyirsiniz, ya da yox. Əgər sığınacaq istəmirsinizsə, Sizi sərhədə doğru yola salırlar”, -deyə Fransa Baş naziri açıqlayıb.

Böyük Britaniya isə əksinə miqrasiya ilə bağlı qanunvercilikdə çox sərt dəyişikliklərin olacağını açıqlayıb. Britaniya Baş naziri Devid Kemron bildiirb ki, ölkəsi bir çox naliyyətlərinə görə miqranatla borcludur. Bununla belə hökumət miqrasiyaya nəzarət etmək hüuquq əldə etməlidir ki, neqativ sosial nəticələrə səbəb olmasın.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsi, Tunisdə hakimiyyət çevrilişi, Yəməndə, Suriyada müharibə Avropaya miqrant axınının indiyə qədər görünməmiş səviyyədə artmasına səbəb olub. Miqrantlar dənizdə minlərlə kliometri yaşayış üçün tamamimlə yarasız gəmilərdə, bərələrdə qət edirlər. Artıq yüzlərlə miqrantın ölməsi faktı qeydə alınıb.

Strateq.az