XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 14:28

İranda koronavirus:ölənlərin sayı 5209 nəfərə çatıb

“İranda son sutka ərzində 91 nəfər yeni növ koronavirusdan vəfat edib”.

Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 5209 nəfərə çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, İranda son sutka ərzində 1294 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların sayı 83 505 nəfərə çatıb.

Cahanpur qeyd edib ki, indiyədək virusa yoluxanların 59 273 nəfəri sağalıb, hazırda virus daşıyıcısı olan 3389 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)