İndoneziyada son sutkada daha 185 nəfər koronavirusa yoluxub.
“RİA Novosti” xəbər verir ki, bu barədə İndoneziyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda koronavirusdan 8 nəfər ölüb. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 590-a, yoluxanların sayı isə 6 760-a çatıb.
Bu günədək İndoneziyada 747 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. (Report)