XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 20:57

Bosniya və Herseqovinada COVID-19:ölənlərin sayı 50-yə çatır

Bosniya və Herseqovinada koronavirus qurbanlarının sayı 49-a yüksəlib.

Bu barədə məlumatı Şərqi Avropa ölkəsinin Vətəndaş İşləri Nazirliyi yayıb.

“Bu günə olan məlumata görə, indiyədək 1 309 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiyanın başlanğıcından 381 nəfər virusdan sağalıb, 49 nəfər isə ölüb”, – Nazirlikdən bildirilib.

Qeyd edək ki, Bosniya və Herseqovinada koronavirusa ilk yoluxma faktı ötən ayın 5-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 422 000-i ötüb. Bunların 635 761 nəfəri sağalıb, 165 924 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)