XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 18:57

“Rusiyada koronavirusa yoluxmanın pik həddi qarşıdadır” – Putin

“Rusiyada koronavirusa yoluxmanın pik həddi hələ qarşıdadır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı mübarizənin birinci mərhələsinin tapşırıqlarının yerinə yetirilməsinə nail olunub, lakin xəstəliyə yoluxmanın pik həddi hələ qarşıdadır: “Biz bu virusun yayılmasını səngitmişik. Lakin bu, bizi sakitləşdirməməlidir. Mütəxəssislərin dediyi kimi pik həddə yoluxma hələ qarşıdadır”.

Rusiya Prezidenti koronavirusa qarşı peyvəndin hazırlanmasından da danışıb. O, bu peyvəndi hazırlayanların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. (apa)