XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 19:47

Finlandiyada koronavirus:ölənlərin sayı 98-ə çatıb

Finlandiyada ötən sutkada koronavirusdan daha 4 ölüm və 85 yoluxma hadisəsi qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bunu aprelin 20-də Finlandiyanın Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

Məlumata görə, ümumilikdə ölkədə yoluxanların sayı 3 868-ə, ölənlərin sayı isə 98-ə çatıb. Ölənlərin orta yaşı 82-dir.

Yoluxma hallarının çoxu (2 526) paytaxt Helsinkidə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 425 000-i ötüb. Bunların 636 378 nəfəri sağalıb, 166 058 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)