XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 20:11

Latviyada koronavirus:yoluxanların sayı 739-a çatdı

Latviyada daha 27 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi deyib.

Beləliklə, Baltikyanı ölkə Latviyada COVID-19-a yoluxanların rəsmi sayı 739-a yüksəlib.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimi hökm sürür. Bütün beynəlxalq sərnişindaşımalar ertələnib, kütləvi tədbirlər qadağan edlib, təhsil ocaqlarında dərslər dayandırılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 426 000-i ötüb. Bunların 636 629 nəfəri sağalıb, 166 122 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)