XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 18:09

İran hökumətinin sözçüsündən Azərbaycan atalar sözü:"Keçmə namərd körpüsündən..."

“Keçmə namərd körpüsündən, qoy aparsın su səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni”.

Strateq.az “IRİB”-ə istinadla xəbər verir ki, bu Azərbaycan atalar məsəlini bugünkü mətbuat konfransında İran hökumətinin rəsmi sözçüsü Əli Rəbii çəkib.

O, İran xaricindəki bəzi farsdilli KİV-lərin iddiaları ilə bağlı suallara cavab verib. “Onlar iddia edirlər ki, əgər kənardan, tutalım, Beynəlxalq valyuta Fondundan bizə pul versələr, guya başqa məqsədlərə xərcləyəcəyik. Biz hökumət olaraq koronavirusla bağlı vəsaiti Milli İnkişaf Fondundan götürmüşük”.

Əli Rəbii iddiaları “uydurma” adlandırıb: “İndi iranlılar bu məsələdən tam xəbərdardır”.

O, sözünün davamında deyib: “Mən bəzi farsdilli media orqanlarında bu iddiaları irəli sürən əslən iranlıların, şübhəsiz, bu media qurumlarının kim olduğunu guya bilməməsinə təəccüblənirəm, çünki bu media vasitələri əslində, İran cəmiyyətində psixoloji etibarsızlıq toxumu səpmək üçün yaradılıb”.

Hökumət sözçüsü Azərbaycan atalar sözünü nümunə kimi çəkib və zarafatla “Tərcüməsini azərbaycanlılardan soruşun” dedikdən sonra onu fars dilinə tərcümə edib.