XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 21:44

İmam-cümə istefa verib –Etirazlardan sonra

İranın Cümə İmamları Siyasi Şurası İranşəhrin imam-cüməsi hüccətül-islam Əbtəhinin istefasını qəbul edib.

Strateq.az “Akharinkhabar”-a istinadla xəbər verir ki, Seyyid Şücaəddin Əbtəhinin oturduğu avtomobildən işçilərə pul paylamasının əks olunduğu video kiberfəzada təpkilərə səbəb olub.

Bu təpkidən sonra İranşəhr (Sistan və Bəlicistan əyaləti) imamı ölkənin cümə imamlarının Siyasi Şurasına məktub göndərərək istefa verdiyini bildirib.

İstefa məktubunda o, işçilərə xeyirxah məramla kömək etmək niyyətində olduğunu vurğulayıb və tövbə etməklə İranşəhr camaatından üzr istəyib.