XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 23:14

Türkiyədə küçəyə çıxmaq qadağası tətbiq ediləcək –Ərdoğan

“23-26 aprel tarixlərində Türkiyədə gündəlik həyatımıza mane olmayacaq dərəcədə 30 böyük şəhərdə və tənəffüs xəstəliklərinin geniş yayıldığı Zonquldaqda küçəyə çıxma qadağası planlaşdırdıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə 4-cü videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra belə bildirib.

R.T.Ərdoğan deyib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.

Prezident deyib ki, özəlliklə sağlıq baxımından Türkiyədə N-95, N-99 maskaları təcrübədən keçirilib və ölkədə nanotexnologiyalar vasitəsilə yenidən istehsalına start verilib.

Prezident, həmçinin bildirib ki, yerli türk firmaları yeni növ koronavirusa yoluxanların müalicəsində istifadə olunan dərmanların istehsalına başlayıb. (apa)