Ukraynada son sutka ərzində daha 415 nəfər koronavirusa yoluxub.
Strateq.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 6125 nəfərə yüksəlib: “Ümumilikdə 367 nəfər sağalıb, 161 nəfər vəfat edib”.