İranda daha 88 nəfər koronavirusdan ölüb.
Strateq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 5297 nəfərə çatıb:
“Ötən gün ərzində daha 1297 nəfərdə koronavirus aşkarlanıb. Bununla da infeksiya daşıyıcılarının sayı 84 802 nəfərə çatıb. Eyni zamanda, 60965 nəfərin koronavirusdan sağalıb.”