XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 16:13

Estoniyada koronavirus:yoluxanların sayı 1550 nəfəri ötdü

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 17 nəfər artaraq 1552-ə çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bu günə kimi ölkədə 42 min 213 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1289 nəfərdən götürülən analizlərin 17-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 43 ölüm faktı qeydə alınıb/Azərtac.