XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 16:28

Dünyada koronavirusdan 658 min nəfər sağalıb –171504 nəfər isə virusdan ölüb

Dünyada koronavirusdan 658 069 nəfər sağalıb, 171 504 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 2 500 448 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (792 938), İspaniya (204 178) və İtaliyada (181 228) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 90 980 nəfər yoluxub, 2 140 nəfər ölüb. İranda isə 84 802 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 297 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 436-dır. İndiyədək ölkəmizdə 19 nəfər virusun qurbanı olub.