XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 18:16

Trampın müşaviri:“Şimali Koreya liderinin hansı vəziyyətdə olduğunu bilmirik”

“Şimali Koreya lideri Kim Çen Inın hansı vəziyyətdə olduğunu bilmirik”.

Bunu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn deyib.

“Nə baş verdiyini bilməliyik ki, daha sonra siyasi varislik barədə danışaq”, – deyə ABŞ Prezidentinin müşaviri vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya liderinin səhhəti ilə əlaqədar məlumatlar ilk olaraq aprelin 15-də onun babası Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak etməməsindən sonra ortaya çıxıb. CNN telekanalı məlumatlı mənbəyə istinad edərək Şimali Koreya liderinin ürək-damar əməliyyatından sonra ağır vəziyyətdə olması ilə bağlı xəbər yayıb/APA.