XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 19:06

Niderlandda bir gündə 729 nəfər koronavirusa yoluxub –165 nəfər vəfat edib

Son bir gündə Niderlandda koronavirusa yoluxmuş 165 nəfər vəfat edib.

Bu barədə ölkənin İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Ölkədə bu günə kimi koronavirusa yoluxaraq ölənlərin sayı 3916 nəfərə çatıb.

Son 24 saat ərzində ölkə ərazisində 729 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Niderlandda COVID-19 virusuna yoluxanların ümumi sayı 34 134 nəfərə yüksəlib/APA.