XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 19:30

2020-ci ildə Avropa İttifaqının iqtisadiyyatı 10 faiz azala bilər- Avropa Komissiyası

Koronavirusun yayılması ilə bağlı böhran səbəbindən 2020-ci ildə Avropa İttifaqının iqtisadiyyatı 10 faiz geriləyə bilər.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrinin səfirləri ilə məsləhətləşmələrdən sonra Avropa Komissiyasının nümayəndəsi bildirib.

Avropa Komissiyası fevral ayının ortalarında verdiyi sonuncu rəsmi iqtisadi proqnozunda koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin cüzi olacağını, bu təsirin artıq 2020-ci ilin birinci kvartalında aradan qaldırılacağını, nəticədə Avropa İttifaqında iqtisadi artımın saxlanılacağını, lakin bunun 1,6-1,4 faiz zəifləyəcəyini iddia etmişdi. Mart ayında Avropa Komissiyası 2020-ci ildə artımın ümumdaxili məhsul həcmində 1-2,5 faizlik enişlə müşayiət olunması ssenarisini nəzərdən keçirsə də, bu rəqəmlər rəsmən təsdiqini tapmamışdı.