XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 20:41

Əfqanıstan Prezidenti Əşrəf Qani koronavirus testi verib- Açıqlama

Əfqanıstan Prezidenti Əşrəf Qani və onun həyat yoldaşının koronavirus testlərinin nəticələri mənfi çıxıb.

Bu barədə Əfqanıstan prezidentinin nümayəndəsi Sedik Sedikki bildirib.

“Prezident Əşrəf Qani və onun həyat yoldaşında öz istəkləri ilə koronavirus testləri keçirilib. Hər iki testin nəticəsi mənfi çıxıb. Prezident sağlamdır və hökumətin bütün cəbhələrdə fəaliyyətinə rəhbərlik edir. Onun iş mühitinin təhlükəsiz və sağlam olması üçün bütün tədbirlər görülüb”, – deyə Sedik Sedikki özünün “Twitter” səhifəsində yazıb.

Bir qədər əvvəl Kabildəki prezident sarayının koronavirusa yoluxan əməkdaşlarının sayının 40 nəfərə çatdığı barədə məlumat yayılmışdı. Ötən həftədən etibarən Əşrəf Qani hökumətin iclaslarında videoəlaqə rejimində iştirak edir.

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 2 milyon 496 mindən çox yoluxma və 171 min 240 ölüm faktı qeydə alınıb, 655 min 888 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Əfqanıstanda indiyə qədər yeni koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb, 36 nəfər isə bu xəstəlikdən həyatını itirib(azərtac).