XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 20:54

Britaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü- Rəsmi açıqlama

Böyük Britaniyada son sutkada 828 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 17 337-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, krallıqda daha 4 301 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 129 044-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 510 000-i ötüb. Bunların 660 026 nəfəri sağalıb, 172 788 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.