XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2020 - 23:23

Səudiyyə Ərəbistanı komendant saatının qaydalarını yumşaldacaq- Ramazan ayında

Səudiyyə Ərəbistanında komendant saatı müqəddəs Ramazan ayında yumşaldılacaq.

Bu barədə Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, komendant saatı sutkaboyu davam edən bölgələrdə Ramazan ayı ərzində əhaliyə saat 09:00-dan 17:00-dək yaxınlıqdakı ərzaq mağazalarına və apteklərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq evlərini tərk etməyə icazə verilib. Qadağanın sərt olmayan bölgələrində isə şəhər daxilində saat 09:00-dan 17:00-dək sərbəst hərəkətə icazə verilir. Yeni qaydalar əvvəllər karantinə bağlanmış bölgələrə şamil olunmur, onlar hələ də tam olaraq təcrid vəziyyətində qalır.

Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanında 11,6 mindən çox koronavirus xəstəsi qeydə alınıb, onlardan 109-u ölüb.