XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 21:14

Türkiyədə daha 4611 nəfərdə koronavirus aşkarlanıb –119 nəfər isə ölüb

Türkiyədə daha 119 nəfər koronavirusdan vəfat edib.

Strateq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Koca “Twitter” hesabında açıqlama verib.

Nazir bildirib ki, son 24 saatda 39429 nəfər testdən keçirilib: “Onlardan 4611 nəfərdə koronavirus aşkarlanıb.

Bu günə qədər Türkiyədə yeni növ koronavirusdan 2259 nəfər ölüb, 95591 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1865 nəfəri reanimasiyadadır, 14918 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1488 xəstə bu gün evə buraxılıb”.