XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 21:19

Keçmiş müftisi: “İftarı şərabla açmaq olar” –Qalmaqal

Misirin sabiq müftisi Əli Cümə dini-fiqhi hökmləri ilə böyük təpkiyə səbəb olub.

Strateq.az “AFP”-yə istinadla xəbər verir ki, bu dəfə o, Ramazan ayında şərabla orucu açmağın hökmü haqqında danışıb.

Əli Cümə CBC kanalındakı bir proqramda çıxışı zamanı deyib: “Din günahları qadağan edir və bunu ibadətə şamil etmir. İftarını şərabla açan oruc tutan şəxs orucunu batil etmir, ancaq günah işləmiş olur”.

Sabiq müfti əlavə edib: “Birinə şərab içdiyi üçün oruc tutma demək ağıllı işdirmi? Ona oruc tutduğu müddətcə şərab içməməli olduğunu söyləməliyik. Yəni nəsihət etməli, haqq yola gətirməliyik”.

Keçmiş Misir müftisi daha bir qalmaqallı açıqlama verib. O, koronavirusun yayılması ilə beşinci nəsil texnologiya arasındakı əlaqəni də “təsdiqləyib”. Əli Cümə deyib: “5G mobil şəbəkəsi üçün peyklərin işə salınması COVID-19-un yayılmasına yol açıb”.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatını həmin fərziyəni təkzib edən rəsmi açıqlama verib.