XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 10:33

Kruiz gəmisinin 30-dan çox ekipaj üzvü koronavirusa yoluxdu- Yaponiyada

Yaponiyanın Naqasaki limanında dayanan “Kosta Atlantika” kruiz gəmisinin ekipajının üzvləri arasında ən az 33 koronavirus infeksiyasına yoluxma halı təsdiqləndi.

Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər yayıb.

Yoluxanların hamısı bir neçə gün əvvəl eyni diaqnoz qoyulmuş gəmi heyətinin üzvü ilə təmasda olublar. Ümumilikdə həkimlər 57 nəfəri müayinədən keçiriblər. Qeyd olunur ki, xəstələr yaxşı havalandırılan otaqlarda təcrid olunub.

İtaliyada qeydiyyatdan keçmiş “Kosta Atlantika”nın 623 ekipaj üzvü var. Hazırda gəmidə sərnişin yoxdur.