XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 12:04

Gürcüstan hökuməti xaricdən 3 milyard dollardan çox vəsait cəlb edib

Gürcüstan hökuməti ölkə iqtisadiyyatı üçün beynəlxalq qurumlardan və donor təşkilatlardan 3 milyard ABŞ dollarından çox vəsait cəlb edib.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani məlumat verib.

Bildirilib ki, hökumət epidemiya ilə mübarizə ilə paralel olaraq iqtisadiyyat üçün böhran əleyhinə plan hazırlayır. Plan üzərində işlər davam edir.

Onun sözlərinə görə, ikimərhələli plan aprelin 24-də təqdim olunacaq.