XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 14:00

Çində aviasiya daşımaları 70 faiz artıb- Fevral ayına nisbətən

Mart ayında Çində sərnişin aviadaşımalarının həcmi fevral ayı ilə müqayisədə təxminən 70 faiz artaraq sutkada orta hesabla 450 min sərnişinə çatıb.

Azərtac Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsinin nümayəndəsi bildirib.

Koronavirus pandemiyasına qədər ölkənin mülki aviasiya təyyarələri hər gün 173 min reys həyata keçirərək 2 milyonadək sərnişin daşıyırdı. Yanvarın 23-dən başlayaraq infeksiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlər səbəbindən daşımalar kəskin azalmağa başlayıb. Ən aşağı göstərici fevralın 13-də qeydə alınıb. Həmin gün cəmi 3 min 931 reys həyata keçirilib və 132 min 900 sərnişin daşınıb.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa müddətdə demək olar ki, bütün dünyanı bürüyüb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.