XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 12:13

Səudiyyənin İrandakı səfirliyinə hucum etmiş 22 nəfər barəsindəcinayət işi açılıb

 

sefir hucum

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə  hucumla  bağlı 22 nəfər barəsində cinayət işi açılıb.

Strateq.az PressTV-yə istinadən bildirir ki, bu barədə Tehranın prokuroru Abbas Cəfəri Dövlətəbadi məlumat verib. Onun sözlərinə görə, tezliklə bu şəxslərlə bağlı açılan cinayət işi məhkəməyə göndəriləcək.

Xatırladaq ki,  Səudiyyə Ərəbistanında  tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam olunmasından sonra dünyanın bi sıra ölkələrində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. İranda Ərəbistan səfirliyi önündə keçirilən etiraz aksiyaı daha sonra kütləvi iğtişaşa çevrilib. Etriazçılar səfirliyin binasına daxil olaraq yanğın və dağıntılar törədib.  

Bundan sonra Səudiyyə Ərəbistanı İranla əlaqələrini kəsdiyini bəyan edib.

Prezident Ruhani dərhal hadisəyə qiymət verərək, müqəssirlərin tutulub cəzalandırılması barədə göstəriş vermişdi.