XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 17:50

Avropa Komissiyası Ukraynaya 1,2 milyard avro ayıracaq- Koronavirusla mübarizə üçün

Avropa Komissiyası Ukraynaya COVID-19 koronavirusu pandemiyası zamanı dəstək məqsədilə 1,2 milyard avro ayırması barədə qərarını elan edib.

Bu barədə Ukrayna Prezidenti ofisinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının bu qərarını makromaliyyə yardımının həcminə görə misli görünməmiş adlandırıb və qeyd edib ki, bu, çətin günlərdə həmrəyliyin təzahürüdür.

Avropa Komissiyasının təklifi sonradan Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən bəyənilməlidir.

Qeyd edək ki, ümumilikdə Avropa İttifaqı 10 ölkəyə təqribən 3 milyard avro ayırır. Ukraynadan sonra bu yardımı Tunis alacaq. Aİ bu ölkəyə 600 milyon avro təqdim edəcək.