XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 19:35

Türkiyədə 24 tibb işçisi koronavirusdan ölüb

Türkiyədə koronavirusdan ölən tibb işçilərinin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Təbiblər Birliyi məlumat yayıb. Məlumata görə, aprelin 1-dən bu günə kimi Türkiyədə 24 tibb işçisi vəfat edib ki, onlardan 14-ü həkim olub.

Qurumun açıqlamasına görə, indiyədək 3474 tibb işçisi COVID-19 virusuna yoluxub, onların 38 faizini həkimlər təşkil edib.

Təbiblər Birliyi hökuməti daha ciddi tədbirlər almağa və tibb işçilərinin qorunması üçün bütün qoruyucu ləvazimatlarla təmin etməyə çağırıb.