XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 12:50

Kaladzeyə qarşı ağır ittiham:"Avtoritetlərlə birbaşa əlaqələri var"

kaladze_220216

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə münasibətlərinin olduğu iddia olunur.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.

Q. Tarqamadze deyib ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyi Energetika Nazirliyinə 1,1 milyon dollar köçürüb.

Məsələyə K. Kaladze münasibət bildirib: "Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. Lakin Qivi Tarqamadzenin belə əlaqələri mövcuddur. Özündən soruşun və o, sizə detallı şəkildə hər şeyi izah edəcək. Onun kriminal avtoritetlərlə birbaşa əlaqələri var. Onun mənim barəmdə dedikləri böyük yalandır. Energetika Nazirliyinin heç bir əlavə bank hesabı yoxdur. Düzdür, mənim özümün bankım olub. Bildiyiniz kimi, mən "Progress Bank"ı təsis etmişdim, lakin oradakı payımı satdım".

APA