XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 20:39

Dünyada COVID-19 qurbanlarının sayı 180 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 180 013 nəfərə çatıb.

Dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (45 356), İtaliya (24 648), İspaniya (21 717), Fransa (20 796) və Böyük Britaniyada (18 100) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda COVID-19 qurbanlarının sayı 20 nəfərdir.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 2 586 000-ə yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)