XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 21:04

İtaliyada koronavirus:ölənlərin sayı 25 mini ötdü

İtaliyada son bir gün ərzində daha 437 nəfər koronavirusdan ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 085 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 3 370 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 187 327-yə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 54 543 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 592 000-i ötüb. Bunların 709 761 nəfəri sağalıb, 181 052 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)