Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, virusa yoluxan pasiyentlərin 105-i sağalıb.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusdan beş ölüm halı baş verib. (report)