XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 22:11

UEFA və ECA razılığa gəldi:liqalar bu tarixdə başa çatdırılmalıdır

İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa milli çempionatları iyulun 31-dək başa çatdırılmalıdır.

AS nəşrinin məlumatına görə, bununla bağlı UEFA və Avropa Klublar Assosiasiyası (ECA) arasında dünənki videokonfrans zamanı razılıq əldə olunub.

Bildirilib ki, Top-5 liqalarında mövsüm bitdikdən sonra avqustda avrokuboklar bərpa olunacaq.

Qitə futbol qurumu və ECA həmçinin liqaları iyulun sonunadək yekunlaşdırmaq mümkün olmayacağı təqdirdə avqust ayının ilk istirahət günlərinin çempionat matçlarının keçirilməsi üçün istifadə oluna biləcəyi ilə bağlı razılığa gəlib.

Çempionlar Liqası və Avropa Liqası oyunlarının həftəiçi oynanılması müzakirə olunur. 1/4 final mərhələsinin qarşılaşmalarının isə bir oyunluq sistemlə təşkili nəzərdən keçirilir.

Məlumatda qeyd olunub ki, UEFA aprelin 23-də ölkə çempionatlarının yeni təqvimini və liqalar ləğv olunacağı halda növbəti  mövsümdə avrokuboklara gedəcək komandaların hansı üsulla seçiləcəyini müəyyənləşdirmək üçün quruma üzv olan 55 milli assosasiya ilə növbəti dəfə videokonfrans keçirəcək.

Xatırladaq ki, dünənki videokonfransda federasiyalara növbəti dəfə çempionatların başa çatdırılması tövsiyə olunub.(report)