XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2016 - 12:31

Türkiyədəki suriyalı qaçqınların bir hissəsinibu ölkə qəbul edəcək

miqrant-11.jpg

Avropa İttifaqının üzvü olan dövlətlər miqrasiya böhranının həllinə dair Ankaranın yeni təkliflərini alqışlayırlar. Bu təkliflər baş nazir Əhməd Davudoğlu tərəfindən Aİ-Türkiyə sammitində təqdim olunub.

Avropa Şurasının rəhbəri Donald Tusk Aİ-nin mart ayında keçirilməsi planlaşdırılan növbəti sammitində bu məsələni qəti razılaşdırmaq məqsədilə bəzi detalları Türkiyə tərəfi ilə dəqiqləşdirəcək.

Türkiyə hökuməti Yunanıstan adalarına qeyri-leqal şəkildə gəlmiş bütün miqrantları geriyə qəbul etməyə hazır olduğunu bildirib. Ankaranın təklifinə görə, belə miqrantların hər birinin müqabilində Avropa İttifaqı siyasi sığınacaq hüququna malik olan bir Suriya vətəndaşını Türkiyədən çıxarmalı olacaq.

Rəsmi Bratislava bu təklifi maraqlı həll adlandırıb: həmin təklifin reallaşması bir neçə həftə ərzində qaçqınların sayının “dramatik şəkildə azalmasına” gətirib çıxara bilərdi. Slovakiyanın baş naziri Robert Fitso vurğulayıb ki, nəzərdə tutulan saziş onun ölkəsi üçün miqrantların bir daha yenidən paylanması zərurəti demək olmayacaq. Bununla belə, Slovakiya artıq qəbul etdiyi öhdəliklər çərçivəsində müəyyən sayda qaçqınları “qaynar nöqtələrdən” köçürə bilər(Azərtac).