XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 15:32

ABŞ dörd ölkəyə süni ağciyər ventilyasiya aparatları göndərəcək- Trampdan açıqlama

ABŞ Fransaya 500 ədəd süni ağciyər ventilyasiya aparatları göndərmək niyyətindədir. Bundan sonra aparatlar İspaniya və İtaliyaya da tədarük ediləcək.

“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz indi yüz minlərlə ağciyər ventilyasiya aparatı istehsal edirik. Hər kəs cihazlardan danışdı. Heç kim problemi həll edə bildiyimi yazmadı, amma mən həll etdim. Mən bu gün ölkələrinin aparata ehtiyacı olan bir sıra dünya liderləri ilə danışdım. 500 aparat Meksikaya, daha 500-ü Fransaya göndəririk, İspaniyaya, İtaliyaya da göndərəcəyik”.